11 Avqust 2019 21:24
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted”nin keçmiş məşqçisi Joze Mourinyo İngiltərənin futbol üzrə çempionatında favorit olan dörd komandanın adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, onların arasında “Mançester Siti”nin ikinci heyəti də var.

Portualiyalı mütəxxəsisin fikrincə, ehtiyatda olan heyət də qələbəyə iddialı ola bilər.

Jurnalist Melissa Reddi öz "Twitter" hesabında Mourinyodan sitat gətirib: “Siti”nin skamyasına baxıb, əsas heyətə düşməyən oyunçuları görəndə düşündüm ki, onlar hətta ikinci heyətlə belə çempion ola bilərlər.

“Mançester Siti”nin birinci və ikinci komandalarından başqa, portuqaliyalı məşqçi ingilis komandaları arasında “Liverpul”un və “Totenhem Hotspur“ komandalarının da birinciyə layiq olduğunu bildirib.

Xatırladaq ki, son mövsümlərdə ard-arda “Mançester Siti" İngiltərə çempionluğunu qazanıb.


Müəllif: Teleqraf.com