13 Sentyabr 2014 09:25
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZAL klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”la oyun öncəsi komanda ilə görüş keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, vitse-prezident Fikrət Hüseynov məşqçi, futbolçu və texniki heyəti qəbul edib.

Görüşdə F.Hüseynov rəhbərliyin daim komandanın yanında olduğunu bildirərək növbəti matçlarda da futbolçulara inandığını qeyd edib.

Daha sonra çıxış edən baş məşqçi Tərlan Əhmədov futbolçularına inandığını bildirməklə bərabər, onlardan qələbə seriyasını davam etdirməyi də istəyib. Baş məşqçi “Qarabağ” və “Sumqayıt”la növbəti görüşlərdə də maksimum nəticə gözlədiyini bildirib.

Qeyd edək ki, AZAL – “Qarabağ”oyunu bu gün saat 21:00-da başlayacaq.


Müəllif: