13 Sentyabr 2014 09:35
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun paytaxtı Minskdə qarışıq döyüş növləri üzrə (MMA) dünya çempionatı keçirilib.

Publika.az xəbər verir ki, 6 çəki dərəcəsində baş tutan finallarda Azərbaycan idmançısı Zaur Hacıbabayev də iştirak edib. 93 kq-dan yuxarı çəkidə çıxış edən Zaur Hacıbabayev finalda Qazaxıstan idmançısı Moxmad Sulimanovu nokautla məğlub edərək dünya çempionu olub.

Mükafatlandırma mərasimində Zaur Hacıbabayevə çempionluq kəmərini MMA üzrə dəfələrlə dünya və Avropa çempionu, əfsanəvi Fyodr Yemelyanenko təqdim edib.

Qeyd edək ki, Zaur Hacıbabayev MMA üzrə Dünya Kubokunun qalibi, Avropa çempionatının mükafatçısı, Asiya çempionudur.


Müəllif:

Oxşar xəbərlər