5 Oktyabr 2019 18:23
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Apellyasiya Komitəsi Macarıstan Futbol Federasiyasının AÇ-2020-nin seçmə mərhələsində bu ölkənin yığma komandası ilə Azərbaycan millisi arasında oyunun azarkeşsiz keçirilməsi ilə bağlı qərardan şikayətini təmin etməyib.

Teleqraf.com xəbər verir ki, qurum UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.

Sentyabrın 9-da baş tutan Macarıstan – Slovakiya oyununda (1:2) slovak tərəfdarların milliyətçi şüarlar səsləndirməsi, hər iki komandanın azarkeşləri arasında insidentin yaranmasına səbəb olmuşdu. UEFA buna görə Macarıstan Futbol Federiyasına bir oyun azarkeşsiz oynama cəzası vermişdi.

“Qroupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan matçını yalnız 14 yaşadək uşaqların tribunadan izləməsinə icazə verilir.

Macarıstan – Azərbaycan görüşü oktyabrın 13-də keçiriləcək.


Müəllif: Teleqraf.com