24 Noyabr 2019 15:04
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.

Teleqraf.com xəbər verir ki, iki gün davam edən turnirdə Azərbaycanı məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər