19 Sentyabr 2014 21:05
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın hücumçusu Kriştiano Ronaldo sabiq klubu "Mançester Yunayted"ə qayıtmağı planlaşdırır.

Portuqaliyalı futbolçu geri dönməklə bağlı qəti qərara gəlib. Ancaq Ronaldo “Real”ın heyətində bəzi rekordları qırmamış Madriddən ayrılmaq istəmir.

Ronaldo "Real" tarixinin ən məhsuldar oyunçusu olmaq istəyir. Bunun üçün o, 323 qolla ilk pillədə olan Raulu geridə qoymalıdır. Hazırda Ronaldonun aktivində 257 qol var. Bu möhtəşəm göstəricini əldə etmək üçün ona cəmisi 252 oyun kifayət edib.

Belə görünür ki, Ronaldo “Real”dan ayrılmaqda nə qədər israrlı olsa da, rekordu qırmaq üçün ən azı 2 mövsüm də Madriddə qalmalıdır.

Qeyd edək ki, Kriştianonun "Real"la 2018-ci ilə kimi müqaviləsi var.


Müəllif: