20 Sentyabr 2014 22:37
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 6-cı turunda AZAL-a 0:1 hesabı ilə uduzduqları matçı şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, oyuna pis başladıqlarını deyib:

"AZAL görüşün əvvəlində qol vurmaq üçün irəli atıldı. Öz səhvimizdən qol buraxdıq. Amma ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Narazılığım yoxdur. Futbolçular var gücü ilə oynadılar. Sözsüz ki, çatışmazlıqlar oldu. Kiyan Sultanpur çox zəif oynadı, demək olar ki, meydançada yox idi. Ona görə də Kiyanı əvəzlədim. Şəhriyar Xəlilov dünən əvəzedi heyətdə çıxış edib. Bu səbəbdən heyətdə yox idi. Qarşıdakı oyunlara hazırlaşacağıq”.


Müəllif: