13 Yanvar 2020 00:59
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, həlledici qarşılaşmada "Real Madrid" və "Atletiko" komandaları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla Sports Siti" stadionunda təşkil olunmuş matçın əsas və əlavə vaxtında qol vurulmayıb.

Matçın 115-ci dəqiqəsində Federiko Valverde birbaşa qırmızı vərəqə alaraq, "Real Madrid"i azlıqda qoyub.
Bununla belə, "kral klubu" penaltilər seriyasında daha dəqiq olaraq, qalib gəlib - 4:1. Beləliklə, "Real Madrid" tarixində 11-ci dəfə İspaniya Super Kubokuna yiyələnib.

Qeyd edək ki, "Real Madrid"ə Superkuboka qatılmaq üçün 7 milyon avro, "Atletiko"ya 4 milyon avro ödənilib. "Kral klubu" qələbə qarşılığında daha 3 milyon avroya sahib çıxıb. Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv isə finalçı kimi daha 2 milyon avroya yiyələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər