İspaniyalı Sesk Fabreqas yay transfer dövründə İngiltərənin “Çelsi” klubuna keçib.
Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Çelsi”yə transfer olan və yeni komandası ilə mövsümə yaxşı bir başlanğıc edən Sesk Fabreqasın eşq həyatında da işlər yolunda gedir.
“Mançester Siti” klubu ilə heç-heçədən sonra Londonda sevgilisi Daniella Seman ilə axşam yeməyindən çıxan Fabreqas obyektivlərə tutulub. Daniellanın böyük almaz üzüyü də diqqət çəkib. Mətbuat cütün nişanlandığı iddiasını irəli sürüb.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm