23 Fevral 2020 18:00
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Super Liqasının 23-cü turunda İstanbul derbisi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, "Fənərbaxça" əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək. Bu, iki komanda arasında 391-ci görüş olacaq. "Qalatasaray" əzəli rəqibini 1999-cu ildən səfərdə məğub edə bilmir.

Qeyd edək ki, "Şükrü Saracoğlu" stadionundakı görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Əlavə edək ki, hazırda “Qalatasaray” 42 xalla 4-cü, "Fənərbaxça” isə 38 xalla 6-cı pillədə qərarlaşıb. "Cim-Bom" bu gün qələbə qazanacağı təqdirdə, lider "Trabzonspor" və "Sivasspor"la xallarını bərabərləşdirəcək.


Müəllif: Teleqraf.com