Bu gün futbol üzrə Türkiyə Superliqasının XXVI turunda "Qalatasaray" komandası İstanbul derbisində əzəli rəqibi "Beşiktaş"ı qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, “Türk Telekom” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunun baş hakimi Abdulkadir Bitiqen olacaq.
“Qalatasaray”ın heyətində bu mövsüm 6 qol vuran Adem Büyükün, "Beşiktaş"ın təcrübəli futbolçuları Dorukhan Toköz və Duqlas Pereyranın zədəli olduqları üçün mərkəzi görüşdə meydana çıxmayacaqları gözlənilir.
Bu qarşılaşma iki komanda arasında oynanılacaq 347-ci derbi qarşılaşması olacaq. İndiyədək keçirilmiş 346 oyunda "Qalatasaray" 122, "Beşiktaş" 111 dəfə rəqibindən üstün olub, 113 matç isə heç-heçə başa çatıb.