6 May 2020 00:10
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün şahmat üzrə Onlayn Millətlər Kubokuna start verilib.

Teleqraf.com-un məlumatına görə, Teymur Rəcəbovun çıxış etdiyi dünya yığması ilk turda Çin komandası ilə qarşılaşıb. Görüş asiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı qrossmeyster ilk görüşünü Van Haoya qarşı keçirib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibi ilə sülh bağlayıb.

Günün digər qarşılaşmalarında Avropa Rusiya ilə, Hindistan isə ABŞ-la heç-heçəyə razılaşıb.

T.Rəcəbovun komandası bu gün növbəti görüşünü Hindistan seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 - 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər