Dieqo Armando Maradona Fələstin komandasına baş məşqçi təyin oluna bilər. Hazırda Fələstin Futbol Federasiyası ilə bu istiqamətdə danışıqlar aparılır.
Rusiya və Ərəb mediası bildirir ki, danışıqlar uzun müddətdir ki, davam edir. Avstraliyada gələn ilin yanvar ayında Asiya Konfederasiyası Kuboku uğrunda yarışlara start veriləcək. Fələstin komandasının baş məşqçisinin Maradona olması təbii ki, qurur verici bir amil kimi Fələstin futbolçularının əhvalı-ruhiyyəsinə müsbət təsir edə bilər.
Uzun müddətdir ki, Maradona Fələstin davasının ən məşhur tərəfdarıdır və bu məsələ ilə bağlı çoxsaylı bəyanatlar verib.
Ərəb mediası bildirir ki, Maradona Fələstin komandasına məşqçi olmağa hazır olduğunu dəfələrlə bildirib.
Fələstin Futbol Federasiyasının rəhbəri Cəbrayıl Racəb artıq növbəti məşqçinin kimliyini elan edib, lakin Maradonanın böyük şöhrəti fələstinlilərə xəyallarda yaşayan uğuru gətirə bilər. Həm də meqa-ulduzla danışıqların müsbət sonucla yekunlaşması ehtimalı çox yüksəkdir.