"Beşiktaş" futbol klubunun daha 8 üzvü koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, ötən gün klubun bazasında futbolçular, texniki heyət və xidməti işçilər testdən keçib. Onlardan 8-nin nəticəsi pozitiv çıxıb.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb.