6 Oktyabr 2014 00:42
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" bu gün Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Dnepropetrovski klubu səfərdə "İliçivets"in qonağı olub. Qarşılaşma "Dnepr"in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Bu qələbə ilə xalını 22-ə yüksəldən "Dnepr" liderliyini bir qədər də möhkəmləndirib. "Şaxtyor" (Donetsk) 18 xalla ikinci, "Dinamo" (Kiev) 17 xalla üçüncü pillədə qərarlaşıb. Ancaq bu iki komanda "Dnepr"dən bir oyun az keçirib.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 23-ü səfərdə "Dnepr"lə qarşılaşacaq.


Müəllif: