18 İyun 2020 09:28
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına mayın 31-də qərar verilib. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər