7 Oktyabr 2014 16:59
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan oyununun hakimləri təyin olunub.

Teleqraf.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İtaliyanın Palermo şəhərində keçiriləcək matçı türkiyəli hakimlər idarə edəcəklər.

Matçın baş hakimi Hüseyin Göçek, onun köməkçiləri Mustafa Eyisoy və Orkun Aktaş, dördüncü referi isə Serkan Ok olacaq.


Müəllif:

Oxşar xəbərlər