8 Oktyabr 2014 08:56
708

"Mançester Yunayted"ə transfer olunacağı iddia olunan "Barselona" klubunun müdafiəçisi Jerar Pike gələcək karyerası haqda danışıb.

İspaniyalı futbolçu "goal.com"a açıqlamasında karyerasını "Barselona"da başa vurmaq istədiyini bildirib:

""Barselona"nı onun tarixinə görə sevirəm. Burada məni hər şey qane edir. Hazırda dünyanın ən yaxşı komandasında oynayıram. Kataloniya klubundan ayrılmaq niyyətində deyiləm. Yaxın keçmişdə komandamla müqaviləmi yenilədim və Karles Puyol kimi karyeramı məhz burada başa vurmaq istəyirəm".

Qeyd edək ki, 2008-ci ildən "Barselona"nın şərəfini qoruyan Pike keçirdiyi 167 oyunda 12 qola imza atıb./qol.az/


Müəllif: