2 Avqust 2020 22:12
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın prezidenti Jozep Bartomeu PSJ-nin futbolçusu Neymarı transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Teleqraf.com İspaniya mətbuatına istinadən xəbər verir ki, o, mövcud vəziyyətdə braziliyalı hücumçunun transferinin mümkünsüz olduğunu deyib:

"PSJ də onu satmaq istəmir. Çünki o, dünyanın ən yaxşı futbolçularından biridir. Ötən yay Neymarla müqavilə imzalamaq üçün çox çalışdıq, amma bu yay belə cəhd etməyəcəyik. Çünki mövcud maliyyə vəziyyətlərinə uyğun hərəkət etməliyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər