“Avro-2020” Azərbaycan idmanının inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Teleqraf.com-un məlumatına görə, bu fikri AFFA-nın baş katibi Elxan Məmmədov AzərTAc-a müsahibəsində deyib.
E.Məmmədov bildirib ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 4 oyunu ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafı üçün böyük imkan yaradacaq. O deyib: “Azərbaycanlı idmansevərlər bu mötəbər tədbiri səbirsizliklə gözləyirlər. “Avro-2020” ölkəmizin idman sahəsindəki potensialını bütün dünyaya nümayiş etdirmək üçün yaxşı fürsətdir”.
Qeyd edək ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin 4 oyunu UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən Bakıda keçiriləcək. Bunlardan üçü qrup, biri isə dörddəbir final mərhələlərinin oyunları olacaq.