12 Oktyabr 2014 22:08
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.

Teleqraf.com-unməlumatına görə, partiyadan sonra Rəcəbov oyunu haqda danışıb: "Debütümdən çox razı qaldım. Əlbəttə, bu, bir zarafatdır. Necə debütdən razı qala bilərəm, əgər ilk 5 gediş üçün 1 saat düşünməli oldum. Oyun normal alındı. Sadəcə hazırlıqdan kənar gedişlər etməli oldum. Oyunu təhlil etmişdim, sadəcə vaxtı ilə oynadığımız gedişləri gözləmirdim. Müəyyən fiqurlar əvəzetməli oldum. Qeyri-adi gedişlər yox idi. Oyun heç-heçəyə gedirdi. 1998-ci ildə Kramnikin oynadığı partiyaya bənzərlik var idi. Həmin illərdə yaşım az olduğundan, indi o gedişləri təhlil etmək düzgün olmazdı".

Sergey Karyakin də partiyadakı gedişlərin 1998-ci ildə rusiyalı dünya çempionu Vladimir Kramnikin oyununa bənzədiyini söyləyib: "Kramnik tərəfindən oynanılan gedişlərə bənzərlik çox idi. Pozisiyanı təhlil etmişdim.

Rəqib düzgün oynamağa çalışırdı. Ağlarda başqa variant görünürdü. Sadəcə, oyun heç-heçəyə yönlənmişdi. Maraqlı gedişlər var idi, sadəcə sonda heç-heçəylə razılaşdıq."


Müəllif:

Oxşar xəbərlər