21 Noyabr 2020 01:16
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında süni örtüklü meydançaların inşası ilə bağlı plan hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında məlumat verilib.

Xəbərdə bildirilir ki, həmin meydançalar yaşayış məntəqlərində məskunlaşma prosesinə uyğun tikilərək sakinlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, ilk belə meydança 2018-ci ildə Cəbrayılın Cocuq Mərcanlı kəndində AFFA və UEFA-nın Uşaq Fondu “UEFA Foundation for Children” tərəfindən inşa edilib.


Müəllif: Teleqraf.com