3 Dekabr 2020 09:59
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Mərasimdə "dördlər finalı"na vəsiqə qazanmış A Liqasının qrup qalibləri - İtaliya, Belçika, Fransa və İspaniya yığmaları yarımfinaldakı rəqiblərini tanıyacaqlar. Final mərhələsinin oyunlarına İtaliya ev sahibliyi edəcək.


Müəllif: Teleqraf.com