Futbol üzrə Türkiyə Super Liqasında 22-ci tura start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Əvvəlcə “Yeni Malatyaspor” doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
Günün son matçında “Qalatasaray” mövsümün uğurlu komandalarından olan “Qaziantep”in müqavimətini qırmağa çalışıb. İstanbul təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.
Türkiyə Super Liqası
22-ci tur
29 yanvar
Yeni Malatyaspor – Fatih Karagümrük 0:0
Qaziantep – Qalatasaray 1:2
Qol: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.