11 Mart 2021 00:54
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Futbol Federasiyası (FIGC) "Milan"ın hücumçusu Zlatan İbrahimoviç və "İnter"in forvardı Romelu Lukaku arasındakı münaqişə ilə bağlı qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, isveçli futbolçunun hərəkətlərində irqçilik elementlərinin olmadığı qənaətinə gəlinib. FIGC 40 yaşlı oyunçunun davranışının qeyri-idman xarakterli olduğunu bildirib.

Qeyd edək ki, Zlatan İbrahimoviç və Romelu Lukaku İtaliya Kubokunun 1/4 final matçından sonra hərəyə bir oyunluq cəzaya məruz qalıb. Qarşılaşmanın ilk yarısının sonlarında "qara-qırmızılar"ın müdafiəçisi Alessio Romanyoli belçikalı forvarda qarşı kobudluq edib. Bundan narazı qalan Lukaku Romanyoli və İbrahimoviçlə mübahisəyə girib. Daha sonra mübahisə iki hücumçu arasında davam edib.

40 yaşlı forvard özündən 12 yaş kiçik oyunçunu təhqir edib və eyni tərzdə cavabını alıb. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyunu ilə əlaqədar ikinci sarı vərəqə alaraq, meydandan qovulub.

Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər