7 Aprel 2021 00:39
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın futbolçuları İspaniya Primerasının 29-cu turunun “Valyadoid”lə matçından əvvəl komanda yoldaşları, argentinalı hücumçu Lionel Messiyə klubda matçların rekord sayına görə xatirə hədiyyəsi təqdim ediblər.

Teleqraf.com xəbər verir ki, hədiyyə Messinin 2004/2005-ci illər mövsümündə “Barselona”da ilk dəfə çıxış etdiyi futbolka olub. Futbolkanın üzərində klubun tarixində ən görkəmli oyunçuların avtoqrafları toplanıb.

Lionel əvvəlcə komanda yoldaşları, sonra ailəsi ilə birlikdə futbolka ilə şəkil çəkdirib.

Xatırladaq ki, Messi martın 21-də İspaniya Primerasının 28-ci turunun “Real Sosedad”la matçında Xavinin rekordunu (767 matç-red) üstələyib. Argentinalı futbolçu komandada matçların sayı üzrə yeganə lider olub — o, bu günə qədər "Barselona"da 769 oyun keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər