Afrika Futbol Konfederasiyası (CAF) 2015-ci il Afrika Millətlər Kubokunun ev sahibliyini Mərakeşdən alıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Misirin paytaxtı Qahirədə toplanan CAF İcraiyyə Qurumunun iclasında bildirilib. Yayılan məlumatlara görə, bundan başqa Mərakeş milli komandası da turnirdən diskvalifikasiya edilib.
Buna səbəb kimi Mərakeşin Ebola virusu təhlükəsinə görə yarışa ev sahibliyindən imtina etməsi göstərilir.
İclasda oyunlara ev sahibliyi ediləcək ölkənin adı açıqlanmayıb.
Samir