PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Brügge" ilə matçdan (4:1) sonra komanda yoldaşı Lionel Messini tərifləyib.
Teleqraf.com xəbər verir ki, o, argentinalı oyunçu ilə bağlı deyib: "“Lionel Messi ilə oynamaq asandır. O, dünyanın ən yaxşı oyunçusudur. Bir neçə gün əvvəl "Qızıl top" mükafatını aldı .
"Brügge” ilə matçda Messi iki qol vurdu, xoşbəxtdir. Ümid edirəm ki, Leo gələcəkdə bizə kömək edəcək”.