18 Noyabr 2014 01:44
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan və MOK-un İdarə heyətinin rəhbəri Vaqinak Qalstyan noyabrın 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcəklər.

Teleqraf.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan MOK-un mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı, vacib məsələ - ilk Avropa Oyunlarının keçirilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, Bakıda ilk Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər