Bu gün Azərbaycanın digər üç cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
Teleqraf.com xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Adil Kərimli 1/8 final mərhələsində İsrail təmsilçisi Stanislav Bançukla üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki İmran Yusifov eyni raundda ABŞ-dan olan Kristian Konovalın, Uşanqi Kokauri isə konqolu Klemen Musumadinin müqavimətini qırmağa çalışacaq.
100 kq
1/8 final. Adil Kərimli - Stanislav Bançuk (İsrail)
+100 kq
1/8 final. İmran Yusifov - Kristian Konoval (ABŞ)
1/8 final. Uşanqi Kokauri - Klemen Musumadi (Konqo)
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (66 kq) gümüş medal qazanıb. Eyni çəkidə çıxış etmiş daha bir azərbaycanlı cüdoçu Rövşən Əliyev 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyiblər.