Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirində Şəhriyar Məmmədyarov ikinci yeri tutub.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan təmsilçisi 13-cü turda ABŞ şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib. Yekun nəticədə Ş.Məmmədyarov 8 xalla ikinci yeri tutub.
Turnirin qalibi 9,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.
Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edib.