Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) gümüş medal qazanıb.
Teleqraf.com-un məlumatına görə, təmsilçimiz həlledici mərhələdə Murad Sanşiroya məğlub olaraq ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, komandamızın üzvü Uşangi Kokauri (+100 kq) də turnirin finalında mübarizə aparır.
Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.