20 Mart 2022 00:19
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin görüşləri davam edir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 3-cü boksçusu da çıxışını qələbə ilə başa vurub.

Ruslan Qədirov (54 kq) da Nicat Hüseynov (51 kq) və Cəlal Qurbanovun (63,5) ardınca adını yarımfinala yazdırıb. O, dörddəbir finalda Marian Çinionu (Rumıniya) məğlub edib – 5:0.

Boksçumuz komanda yoldaşları kimi yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər