Bugünkü reallıqda Azərbaycan futbolunu yaxşı heç nə gözləmir.
Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idman ictimaiyyəti ilə görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan futbolundakı problemləri tez bir zamanda aradan qaldırmaq mümkün deyil: "Doğrudur, bu gün uğurlarımız var. Amma əfsuslar olsun ki, futbolda ildən-ilə geriyə doğru addım atırıq.
Aşağı yaş qruplarında düzgün idarəçilik olmalıdır. Aşağıları düzəltməsək, bizi qarşıda yaxşı heç nə gözləmir. Düzgün hədəfə çatmaq üçün qaydaya salınmalı işlər var. Çox geridə qalmışıq və bu baxımdan mən futbolumuzla bağlı hazırda yaxşı heç nə gözləmirəm.
Vaxtilə Avropa 5 addım irəli gedirdisə, biz 1 addım irəliləyirdik. İndi onlar 5 addım irəlilədikdə, biz 1 addım geriləyirik".
Əməkdar məşqçinin fikrincə, AFFA bu sahədə ciddi tədbirlər görməlidir.