29 May 01:32
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılan matçı yerli FIFA referisi Kleman Türpen idarə edir.

***

İlk hissənin son dəqiqələrində Benzema hesabı açsa da, matçın baş hakimi oyundankənar vəziyyət qeydə alıb.

***

Görüşün 59-cu dəqiqəsində hesab açılıb. Vinisiusun ilk qolu "Real"ı hesabda irəli çıxarıb.

***

"Real Madrid" "Liverpul"a 1-0 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının qalibi oldu.

23:11

***

Bu gün Çempionlar Liqasının finalında "Liverpul" - "Real" komandası ilə qarşılaşır.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlaması nəzərdə tutulan oyuna təhlükəsizlik baxımından bir neçə dəqiqə gec start veriləcək.

Matçda komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

"Liverpul": Alisson, Aleksander-Arnold, Konate, Vircil van Deyk, Robertson, Fabinyo, Henderson, Alkantara, Diaz, Salah, Mane

Ehtiyat oyunçular: Kelleher, Milner, Keyta, Firmino, Qomez, Oksleyd-Çemberlen, Cons, Minamino, Jota, Tsimikas, Matip, Elliott

"Real": Kurtua, Karvahal, Militao, Alaba, Mendi, Kazemiro, Kroos, Modriç, Valverde, Vinisius, Benzema

Ehtiyat oyunçular: Lunin, Naço, Hazard, Asensio, Marselo, Vaskes, Beyl, Sebalyos, Rodriqo, İsko, Diaz, Kamavinqa


Müəllif: Teleqraf.com