29 Noyabr 2014 19:11
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına start verilib.

Teleqraf.com-un məlumatına görə, autsayder "Bakı" öz meydanında "İnter"lə qarşılaşıb. 40-cı dəqiqədə Mikel Alvaronun qolu ilə "bankirlər" önə keçib - 0:1. Maçtda başqa qol qeydə alınmayıb.

Beləliklə, "İnter" 12 oyundan 21 xalla turnir cədvəlində "Neftçi" ilə hələlik ikinci sıranı bölüşür.

"Sumqayıt" səfərdə AZAL-ın qonağıdır. 39-cu dəqiqədə Rəşad Abdullayev "təyyarəçi"ləri hesabda önə çıxardıb. Lakin hissənin son dəqiqəsində Orxan Əliyev tarazlığı bərpa edib - 1:1.

51-ci dəqiqədə qonaqlar hesabda önə keçiblər. Bundan sonra AZAL futbolçuları oyunda dönüş yarada biliblər. Əvvəlcə Viktor İqbekoyi, 10 dəqiqə sonra - 73-cü dəqiqədə isə Novruz Məmmədov fərqləniblər - 3:2.

Bununla da AZAL 12 oyundan 13 xal toplamaqla iki pillə (8-dən 6-ya) irəliləyib.

Turun mərkəzi qarşılaşması isə paytaxda keçiriləcək - "Neftçi" "Qəbələ"ni qəbul edəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın istirahət etdiyi cari tura sabah keçiriləcək "Simurq" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.


Müəllif:

Oxşar xəbərlər