2 İyul 2022 00:55
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiçik ölkələr arasında keçirilən basketbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası dörddəbir final mərhələsi çərçivəsində San-Marino seçməsi ilə qarşılaşıb.

Teleqraf.com Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, oyuna fəal başlayan yığmamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.

Qeyd edək ki, yığmamız yarımfinalda Malta komandası ilə qarşılaşacaq. Oyun iyulun 2-də Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.


Müəllif: Teleqraf.com