Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Teleqraf.com xəbər verir ki, 65 kq-da yer alan idmançı həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.
Rəqibini vaxtından əvvəl "tuşe" ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə islamiadanın qalibi olub.
O, daha əvvəl 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib çıxmışdı.
19:25
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.
50 kq çəki dərəcəsində rəqib özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.
Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.