Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Teleqraf.com xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançımız finalda İvan Kutenkova (Ukrayna) ipponla qalib gələrək buna nail olub. O, bundan əvvəlki mərhələlərdə Maksims Duinovs (Latviya), İnbar Qabay (İsrail), Tornike Poladişvili (Gürcüstan) və Mizhan Raduljanı (Serbiya) məğlub edub.
Bu, Azərbaycanın qitə birinciliyində sayca 3-cü qızıl medalı, ümumilikdə isə 5-ci medalı olub.
Qeyd edək ki, bundan əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.