UEFA Çempionlar Liqasının final oyununu ABŞ-da keçirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, həlledici matçın bu ölkədə təşkili Avropa futbol qurumu üçün sərfəlidir.
İdeyanı Avropa Klublar Assosiasiyası (ECA) da dəstəkləyir. Çünki belə addım sponsorluq və televiziya hüquqlarının satışını artıracaq.
Yerli promouterlər də final qarşılaşmasının ABŞ-da təşkilində maraqlıdır. Hətta UEFA-ya müvafiq təklif də göndərilib.
Qeyd edək ki, futbol tarixində UEFA Çempionlar Liqasının finalı heç vaxt Avropa qitəsindən kənarda baş tutmayıb.