5 Oktyabr 2022 01:14
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda anşlaq olacaq.

Teleqraf.com xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan biletlərin böyük hissəsi satılıb. Hazırda cəmi 4 000 biletin qaldığı bildirilir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com