8 Oktyabr 2022 01:27
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

37 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldo mövsümün sonuna qədər İngiltərənin "Mançester Yunayted" klubunda qalacaq.

Teleqraf.com xəbər verir ki, onun müqaviləsi iyunda başa çatacaq. Futbolçu yanvarda klubunu dəyişə bilməyəcək, çünki heç bir Avropa klubu onu almaq istəmir.

Daha əvvəl İngiltərə mətbuatı "Mançester Yunayted"in hollandiyalı baş məşqçisi Erik ten Haaqın Ronaldonun yanvarda getməsinə qarşı olmadığını yazmışdı.

Cari mövsümdə Ronaldo nadir hallarda Mançester komandasının start heyətində meydana çıxır. Bütün klub yarışlarında 9 matçda iştirak edib, 1 qol vurub, 1 qol ötürməsi edib.


Müəllif: Teleqraf.com