İspaniyada futbol çempionatı oktyabrın 28-dən dayandırıla bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas bildirib.
Onun sözlərinə görə, bu, hökumət tərəfindən tətbiq edilən və komandalara eyni vaxtda çempionatda və Superliqada iştiraka imkan verən yeni qanuna qarşı tətil aktıdır.
Qərar La Liqanın CVC investisiya fondu ilə müqaviləsini təhlükə altına qoyur. Belə ki, buna anlaşmaya görə də İspaniya komandaları 2 milyard avro qazanc əldə edə bilərlər.
Qeyd edək ki, oktyabrın 27-də La Liqanın növbədənkənar iclası planlaşdırılır. Toplantıda yarışın dayandırılmasının mümkünlüyü nəzərdən keçiriləcək.