2 Noyabr 2022 08:29
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zədə səbəbi ilə 2022-ci Qətərdə keçiriləcək Dünya Çempionatından kənarda qalan futbolçuların sayı artmaqdadır.

Teleqraf.com "DÇ 2022"dən kənarda qalan 10 məhşur oyunçunu təqdim edir:

10. Pol Poqba

Mövsümün əvvəlində bud nahiyəsindən zədə alan fransız yarımmüdafiəçi əməliyyat olunmaqdan imtina etmişdi lakin, ötən həftə keçirilən müayinələrdən sonra onun zədəsinin ciddi olduğu aşkarlandı və dünya çempionatına qatılmayacağı dəqiqləşdi.

9. Nqolo Kante


Mundialdan kənarda qalan daha bir fransız oyunçu "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kantedi. Uzun müddətdir ki, xroniki zədədən əziyyət çəkən futbolçu əməliyyat olunduqdan sonra 4 ay futbol oynaya bilməyəcək.

8. Ris Ceyms

22 yaşlı sağ cinah müdafiəçisi keçən ay "Çelsi"nin heyətində "Milan"a qarşı oyunda dizindən zədələnmişdi. Bərpa prosesinin 8 həftə çəkəcəyini nəzərə alsaq onun da mundialdan kənarda qalması dəqiqləşib.

7. Dieqo Jota

"Liverpul"un və Portuqaliya millisinin hücumçusu Dieqo Jota "Mançester Siti" ilə matçda baldır nahiyəsindən zədələndi. Baş məşqçi Yurgen Klopp oyunçunun zədəsinin ciddi olduğunu və dünya çempionatında iştirak etməyəcəyini bildirdi.

6. Rafayel Varan

Son aylarda Ten Haqın rəhbərliyi altında yavaş-yavaş əvvəlki formuna qayıdan fransız müdafiəçi "Çelsi"yə qarşı oyunda topuğundan zədələndi və meydanı göz yaşları ilə tərk etdi.

5.Kayl Uolker

"Mançester Siti"nin müdafiəçisi oktyabrın əvvəllərində zədəndi və əməliyyat keçirdi. 32 yaşlı oyunçunun DÇ-dan kənarda qalması böyük ölçüdə dəqiqləşib.

4. Kalvin Filips

Bu ilin yayında "Lids"dən "Siti"yə keçən 26 yaşlı dayaq yarımmüdafiəçisi mövsümun əvvəlində çiynindən zədəndi. Oyunçu sağalacağına ümid etsə də yekun nəticə həkimlərin qərarından sonra bilinəcək.

3. Ronald Arauxo

"Barselona"nın gənc müdafiəçisi sentyabrın sonlarında bud nahiyəsindən zədələndi və əməliyyat olundu. Mundialda iştirakı isə böyük sual altındadır.

2. Paulo Dibala

"Roma"nın argentinalı hücumçusu "Leççe"yə qarşı oyunda penalti zərbəsini yerinə yetirən zaman əzələsini dartdı. Baş məşqçi Joze Mourinyo oyundan Dibalanın zədəsinin çox ciddi olduğunu təsdiqlədi.

1. Romelu Lukaku

Uzun müddəli zədə səbəbi ilə "İnter"in heyətindən kənarda qalan belçikalı hücumçu ötən həftə "Viktoriya" ilə matçda iştirak etsə də yenidən əzələsini dartdı. Onun da nə vaxt heyətə qayıdacağı dəqiq bilinmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər