4 Noyabr 2022 00:19
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub: "Sayılmayan qol epizodunda əsəbləşdim. Həmin an penalti təyin olunmalı idi".

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər