UEFA-nın rəsmi saytı dünən Avropa Liqası qrup mərhələsi çərçivəsində baş tutan “Qarabağ”–“İnter” oyununu şərh edib.
Axar.az-ın məlumatına görə, ““Qarabağ” “İnter”i keçdi, amma rədd edildi” başlıqlı yazıda oyunun təmsilçimizin böyük üstünlüyü ilə keçdiyi bildirilib.
Qurban Qurbanovun “İnter”ə qarşı ideal taktika seçdiyi qeyd olunan yazıda matç zamanı “Qarabağ”ın bir neçə dəfə real qol vəziyyəti yaratdığı deyilib:
“”Qarabağ”ın hələ zamanı var idi. Lakin icazə verilməyən qol komandanın ümidlərini puç etdi”.