24 Noyabr 2022 19:16
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatının H qrupunda I tura start verilib.

Teleqraf.com-un məlumatına görə, qrupun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.

Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.

***

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

Oyunu burdan izləyə bilərsiniz.

***

15:56

Qətərdə keçirilən dünya çempionatının H qrupunun I turunda üz-üzə gələcək Uruqvay və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino

Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Müəllif: Teleqraf.com