14 Dekabr 2014 19:13
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəqib həddindən artıq istəkli idi. Məğlubiyyətimizə görə çox üzülmədim. Sözsüz, hər bir məğlubiyyət pis təsir edir. Amma rəqibin sevinci mənə məğlubiyyəti unutdurdu”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 16-cı turunun bugünkü oyunundan sonra deyib.
“Qəbələ”də dostlarımız var. Burada futbol üçün işlər görülür. Avropa Liqasının “Qarabağ”a mənfi təsiri olmadı. Avropada nə qədər çox oynasaq, təcrübəmiz bir o qədər də artacaq” – deyə, o bildirib.

Müəllif:

Oxşar xəbərlər