15 Dekabr 2014 17:30
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya bir günlük səfərə gəlib.

Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA rəsmisi bu gün Azərbaycan Futbol Federasiyasının prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Görüşdə "Avro-2020"nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.


Müəllif:

Oxşar xəbərlər