24 Dekabr 2022 21:40
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İl bizim üçün yaxşı yadda qalmadı. Sonuncu pillədəyiksə, çox danışmağa dəyməz".

Teleqraf.com xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov "ASCO Arena"da "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

49 yaşlı mütəxəssis pis oynamadıqlarını bildirib: "İlk hissədə müdafiədə inamlı təsir bağışladıq. İkinci yarıda isə yorğunluq və rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. İlin son oyununda uduzmaq istəməzdik. Təəssüf ki, belə alındı".

O, matçın baş hakimi Vüqar Həsənlinin idarəçiliyinə də toxunub: "Bəzi epizodlara baxmaq lazımdır. "Qarabağ"ın qol vurduğu epizodda qayda pozuntusu var idi. Düzdür, VAR-a baxdılar. Amma fərqli qərar verdilər. Fikir bildirmək üçün epizodu yenidən izləmək lazımdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər